əlillərin sosial müdafiəsi

Əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları sistemi

əlillərin reabilitasiyası
əlilliyin qarşısının alınması
OBASTAN VİKİ
Alyoxin müdafiəsi
Alyoxin müdafiəsi — şahmatda debüt, e2-e4 Kg8-f6 gedişi ilə başlayır. == Yaranma tarixi == Şahmat praktikasına dünya çempionu Aleksandr Alyoxin tərəfindən daxili edilib. O bu gedişi 1921-ci ildə Budapeştdə Layoş Şteynerə qarşı oynayarkən tətbiq edib..Ancaq bu gediş əvvəl də məlum idi. Gedişin ideyası qara fiqurla oyun və ağ fiqurların piyada mərkəzinə əks-hücumdur. Ağlar bir çox halda üstünlüyə malikdirlər. Ancaq debüt maraq doğurur və yarışlarda tez-tez rast gəlinir. Bu debütün nəzəriyyəsinə Vladas Mikenas, İsaak Boleslavski, Vlastimil Qort, Vladimir Bağırov böyük töhfə vermişlər.
Hind müdafiəsi
Hind müdafiəsi — Şahmat termini Bir qrup başlıanğıcı birləşdirir. Burada qaralar e7-e5-ə irəliləməkdən bilə-bilə imtina edirlər.
Holland müdafiəsi
Holland müdafiəsi — Şahmat termini İlk dəfə olaraq 1789-cu ildə Hollandiya şahmat ustası Steyn tədqiq etmişdir.
Kanija müdafiəsi
Kanija müdafiəsi — 1593–1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur. == Mühasirədən öncəki vəziyyət == 1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər. == Mühasirənin gedişi == Avstriyalılar 35–100 min arası əsgər və 47 böyük topa malik idi. Osmanlı ordusunda isə 9 min əsgər və 100 kiçik çaplı top vardı. Həsən paşa ilk vaxtlarda yalnız tüfəng atəşi açdırdı.
Mədinə müdafiəsi
Mədinənin mühasirəsi (ərəb. حصار المدينة المنورة‎, türk. Medine Kuşatması, ing. Siege of Medina) və ya Mədinənin müdafiəsi (türk. Medine Müdafaası) — 1916-cı ildən 1919-cu ilə qədər dəvam edən, Fəxrəddin paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Britaniya-Hicaz qüvvələri arasında baş vermiş döyüş. Mədinənin mühasirəsi Birinci dünya müharibəsi zamanı baş qaldıran Ərəb üsyanının nəticəsi idi. Şərif Hüseynin 1916-cı ildə Britaniyanın dəstəyi ilə başlatdığı mühasirə 2 il 7 ay davam etdi. Mühasirə Mudros müqaviləsinin imzalanmasından sonra VI Mehmedin israrı ilə Fəxrəddin paşanın rəhbərlik etdiyi qarnizon qüvvələrinin təslim olması ilə sona çatdı. Mədinədəki Osmanlı qarnizonu sülh müqaviləsinin şərtlərinə görə təslim olan son Osmanlı hərbi birliyi idi. Münaqişə zamanı mədinəlilərin böyük bir hissəsi şəhəri tərk etmişdi.
Siciliya müdafiəsi
Siciliya müdafiəsi — Şahmatda "e4 c5" gedişləri ilə başlayan debüt. Siciliya müdafiəsi ən məşhur debütlərdəndir və ağların 1.e4 gedişinə ən çox hesablanan başlanğıcdır. Statistikaya əsasən ağlar üçün 1.d4 gedişi Siciliyaya nisbətən daha uğurlu başlanğıcdır. New In Chess-in 2000-ci ildə çıxan kitabında bazasındakı oyunlardan 296.200 partiyanın 56.1%-də ağlar 1.d4 gedişi ilə başlamış və qələbə qazanmış, 349.855 partiyanın 54.1%-də ağlar 1.e4 gedişi ilə başlamış və qələbə qazanmışdır. Qrossmeyster Con Nann Siciliya müdafiəsinin məşhurluğunu onun "döyüşkən təbiəti" ilə izah edir: "Bir çox versiyalarda qaralar bərabərlik üçün yox, üstünlük üçün oynayırlar. Zəif cəhəti odur ki, ağlar təşəbbüsü tez ələ alırlar, buna görə də qaralar qurban verərək tez hücuma keçməməli, diqqətli olmalıdırlar." Siciliya müdafiəsinə dair ilk notasiyalara hələ XVI əsrin əvvəllərində italyan şahmatçıları Cuilio Polerio və Ciaoçino Qrekonun oyunlarında rast gəlinir. == Açıq Siciliya: 2.Af3 və 3.d4 == 1.e4 c5 gedişləri ilə başlayan oyunların 75%-dən çoxu 2.Af3 gedişi ilə davam edir. Qaraların üç əsas seçimi var: 2...d6, 2...Ac6 və 2...e6. Bu gedişlərdən sonra ağlar 3.d4 gedişini oynayır ki, bu da Açıq Siciliya adlanır və olduqca mürəkkəb pozisiyalara səbəb olur. Ağlar fiqurlarını inkişaf etdirir və şah cinahından hücuma keçə bilmək üçün əlavə cinah açıqlığı yaradır.
Sokratın müdafiəsi
Sokratın müdafiəsi (yun. Άπολογία Σωκράτους, Apología Sokrátus) — Yunan filosofu Platon tərəfindən yazılmış, Sokratın bir qrup Afinalı tərəfindən şəhərin tanrılarına inanmaması və gəncləri inancdan çəkindirməsi səbəbi ilə günahlandırılması, Afina demokratiyası tərəfindən mühakimə olunması və cəzalandırılmasından bəhs edən dialoq. Əsər "Euithipron" əsərinin davamı olaraq yazılmışdır. Sokratın müdafiəsi əsəri "Euithipron" və "Kiriton" bölmələri ilə birlikdə, üçlük təşkil edirlər. "Euithipron"da məhkəmədən əvvəl, şahidlərin dindirilməsi və məhkəmə prosesi haqqında danışılır. "Kiriton" hissəsində isə məhkəmədən sonra yaşanan hadisələr göstərilir. Eramızdan əvvəl 403-cü ildə Afina demokratiyası Afina və Sparta arasındakı Peloponnes müharibəsindən, minlərlə insanın öldürülməsinə və ya sürgün edilməsinə səbəb olan Otuz Tiranın qovulmasından sonra yenidən qurulma prosesinə başladı. Müxtəlif təbəqədən olan afinalılar, gənc əhalisini itirmiş və epidemiyalardan əziyyət çəkən şəhəri yenidən qurmaq üçün birlikdə işləməyə başladılar. Şəhərin qanunlarına yenidən baxıldı. Belə bir dövrdə həyat tərzi "fəlsəfə etmək" olaraq ümumiləşdirilə bilən Sokrat; suallar, köhnə müdrikləri təhlil edən, bəzən çürüdən sorğulayıcılığı və Afinanın liderlərinə istiqamətləndirdiyi tənqidləri ilə bir çox düşman qazandı.
İstehlakçıların müdafiəsi
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir.16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. == İstinadlar == == Əlavə ədəbiyyat == Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing. Library of the European Parliament.
Naxçıvan Əlillərin Bərpa Mərkəzi
Naxçıvan Əlillərin Bərpa Mərkəzi — 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində yaradılmışdır. == Haqqında == Mərkəzdə 20 çarpayılıq stasionar, funksional müayinə otaqları, fizioterapevtik müalicə kabinələri, müalicəvi idman, trenajor və duş zalları fəaliyyət göstərir. Mərkəz Yaponiya və Almaniya istehsalı olan müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Burada muxtar respublika ərazisində yaşayan əlillər pulsuz bərpa müalicəsi qəbul edirlər. Mərkəzdə, əsasən, fizioterapevtik müalicə metodlarından istifadə olunur. Müalicə elektriklə, işıqla, infraqırmızı və ultra-bənövşəyi lampalarla, aşağı tezlikli, ultra yüksək tezlikli mikrodalğalı aparat vasitəsilə, masajla, müxtəlif duşlarla (sınaq duşu, yağış tipli, toz tipli duş, sirkulyar duş), burulğanlı vanna, parafin vannası ilə aparılır. Bərpa müalicəsi qəbul edənlər pulsuz yeməklə də təmin edilirlər.
Əlillərin hüquqları haqqında Konvensiya
Əlillərin hüquqları haqqında Konvensiya — 13 dekabr 2006-cı il tarixində BMT Baş Məclisi tərəfindən qəbul edilmiş və 3 may 2008-ci il tarixində qüvvəyə minmiş (iyirmi dövlət tərəfindən qoşulma və ya təsdiqlənmənin otuzuncu günü). Konvensiya ilə paralel olaraq, ona Fakultativ Protokol qəbul edildi və qüvvəyə mindi. 2019-cu ilin noyabr ayından etibarən Konvensiyada 181 dövlət və Avropa Birliyi, Fakultativ ilə bağlı Protokolda 96 dövlət iştirak edir. Konvensiyanın qüvvəyə minməsi ilə Əlillərin Hüquqları Komitəsi yaradıldı (əvvəlcə - 80 nəfərin iştirakçısı olan ölkələrin sayının 18 nəfərə çatması ilə əlaqədar olaraq 12 mütəxəssisdən ibarət idi) — Konvensiyanın iştirakçı dövlətlərinin hesabatlarını nəzərdən keçirmək, onlara dair təkliflər və ümumi tövsiyələr vermək, habelə Protokolun iştirakçısı olan dövlətlər tərəfindən Konvensiyanın pozulması barədə hesabatları nəzərdən keçirmək səlahiyyətinə malik olan Konvensiyanın icrasına nəzarət edən bir qurum. Mətn Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 13 dekabr 2006-cı ildə qəbul edilmiş və 30 mart 2007-ci ildə imzalanmağa açılmışdır. 20-ci tərəf tərəfindən təsdiqləndikdən sonra 3 may 2008-ci ildə qüvvəyə minmişdir. 2020-ci il iyul ayından etibarən 163 nəfər və 182 nəfər tərəfindən imzalanmışdır. partiyalar, 181 əyalət və Avropa Birliyi (23 dekabr 2010-cu ildə təsdiqlədi). Konvensiya Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsi tərəfindən nəzarət olunur və bunun üçün CRPD-yə üzv dövlətlərin illik konfranslarında 2008-ci ildən bəri təlimatlar müəyyən edilmişdir. İştirakçı Dövlətlərin On üçüncü Konfransı 2020-ci ilin iyun ayında Nyu-Yorkda keçirilməli idi və daha sonra təxirə salınaraq təxirə salındı.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, onların bazasında yaradılmışdır. === Tarixi === Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi. Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — əmək, təhlükəsizlik və əməyin mühafizəsi, məşğulluq, pensiya və sosial təminat, məcburi sosial sığorta, əhali miqrasiyası, ehtiyaclı vətəndaş kateqoriyası üçün sosial dəstək sahələrində idarəetmə və sektorlararası koordinasiyanı həyata keçirən Qazaxıstan Respublikası Hökuməti bürosu və uşaqlı ailələr, habelə əlilliyinə görə dövlət sosial müavinətinin təyin edilməsi və ödənilməsi məsələləri, ailəsini və yaşını itirməsi halında, xüsusi dövlət müavinəti, yeraltı və açıq mədən işləyən şəxslər üçün dövlət xüsusi müavinəti, xüsusilə zərərli və xüsusilə ağır iş şəraiti olan iş, vətəndaşlara, Semipalatinsk nüvə poliqonunda nüvə sınaqlarının qurbanlarına, siyasi repressiya qurbanlarına birdəfəlik pul təzminatı. == Tarixi == 1996-cı ilin noyabrında Qazaxıstan Əmək Nazirliyi və Qazaxıstan Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşməsi ilə yaradıldı. Nazirlik, Qazaxıstan Respublikası Prezidentinin 06.08.2014-cü il tarixli 875 nömrəli fərmanına əsasən ləğv edildi, Nazirliyin funksiyaları və səlahiyyətləri qurulmuş Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinə verildi. Qazaxıstan Respublikası Prezidentinin 25 yanvar 2017-ci il tarixli fərmanı ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyi Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bölünərək yenidən təşkil edildi. Qazaxıstan Respublikasının əhalisi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Moldova)
Moldova Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (rum. Ministerul Muncii și Protecției Sociale al Republicii Moldova) — Moldova hökumətinin on dörd nazirliyindən biridir. == Nazirliyin tarixi == İlk dəfə olaraq nazirlik 1990-cı il mayın 31-də Moldova Respublikasının suverenliyinin elan edilməsindən qısa müddət sonra yaradılıb. Qanunvericiliklə nazirliyin yaradılması 31 may 1990-cı il tarixli № 64-XII saylı Hökumət haqqında Qanunun 24-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin vaxt nazirliyin rəsmi adı Moldova Respublikasının Səhiyyə və Sosial Müdafiə Nazirliyi idi. 2006-cı ildə 1990-cı ildə yaradılmış nazirlik bölünür və nəticədə iki yeni nazirlik formalaşır: Moldova Respublikasının Səhiyyə Nazirliyi Moldova Respublikasının Sosial Müdafiə, Ailə və Uşaq Nazirliyi2017-ci ildə Moldovada hökumətin islahatları çərçivəsində Əmək, Əhalinin Sosial Müdafiəsi və Ailə Nazirliyi Səhiyyə Nazirliyinin də daxil olduğu Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adlandırıldı və onların varisi oldu. == İdarəetmə == Nazir – Aleksey Buzu Baş katib – Aleksandru Yakub Sosial yardım sahəsində dövlət katibi – Vasile Kuşka Əmək üzrə Dövlət Katibi – Felicia Bechtoldt Əmək hesabatları və sosial sığorta sahəsində dövlət katibi – Corina Ajder == Nazirliyin məqsədləri == Hökumətin 14 mart 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əhalinin Sosial Müdafiəsi, Ailə və Uşaq Nazirliyinin fəaliyyətinin təşkili və fəaliyyəti haqqında Əsasnaməyə uyğun olaraq Nazirliyin missiyası əhalinin sosial müdafiəsini təmin etmək və həyat səviyyəsini yüksəltmək məqsədi ilə sosial müdafiə, ailə və uşaq sahəsində dövlət siyasətinin hazırlanması, təşviqi və həyata keçirilməsi ilə bağlı hökumətin konstitusiya səlahiyyətlərinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi — "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, onların bazasında yaradılmışdır. === Tarixi === Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlamış, bu sahədə ilk aktlar olaraq, 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunmuşdur. İnqilabdan sonra 8 saatlıq iş gününün tətbiqi ümumi siyasi tələb kimi fəhlə hərəkatında birinci yeri tuturdu. 15 aprel 1917-ci ildə Bakı Fəhlə və Əsgər Deputatları Soveti sənaye sahibləri və müəssisələrin müdiriyyəti ilə razılaşma əsasında 6 bənddən ibarət olan "Bakı rayonunda 8 saatlıq iş günü qoyulması haqqında" məlumat yaydı. 12 sentyabr 1917-ci ildə isə RSDF(b)P Bakı təşkilatının konfransında fəhlələr üçün 8 saatlıq iş günü tətbiq edilməsi, əmək haqqının bahalıqla bir səviyyədə tənzimlənməsi, fəhlə sinfinə normal yaşayış təmin edəcək ictimai-hüquqi xarakterli bütün tədbirlərin həyata keçirilməsini nəzərdə tutan 5 bənddən ibarət tapşırıq qəbul edildi. Rusiyada Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda Rusiya üsul-idarəsinə son qoymaq və regionu idarə etmək məqsədilə 1917-ci il noyabrın 11-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Zaqafqaziya Komissarlığı yaradıldı. 11 nazirdən ibarət olan bu hökumətin sədri gürcü menşeviki E. P. Gegeçkorin idi ki, o, həm də Əmək və Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi. Bu hökumət 6 aydan sonra öz yerini yeni yaradılmış Zaqafqaziya Demokratik Federativ Respublikasına verdi. Cəmi 35 gün mövcud olmuş bu hökumət əvvəlki sələfi kimi öz fəaliyyətini yalnız kağız üzərində rəsmiləşdirə bildi. Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin 22 mart 1918-ci il tarixli qərarı ilə Bakı quberniyasının Əmək Komissarlığı təşkil olundu.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirlərinin siyahısı
Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Brest qalasının müdafiəsi
Brest qalasının müdafiəsi (rus. Оборона Брестской крепости) — 1941-ci ilin 22-29 iyun tarixlərində baş vermişdir. Barbarossa əməliyyatının ilk döyüşlərindən biri idi. Brest qalası Vermaxt ilə mübarizədə Qızıl Ordu tərəfindən müdafiə edilmiş, gözləniləndən də çox düşmən hücumuna müqavimət göstərmiş və İkinci dünya müharibəsi bitəndən sonra sovet müqavimətinin rəmzinə çevrilmişdir. 1965-ci ildə Qəhrəman qala adına layiq görülmüşdür. == Döyüş öncəsi vəziyyət == XIX əsrə aid Brest qalası, Nasist Almaniyası Polşa ilə müharibədə olarkən baş vermiş Brest-Litovsk döyüşünün ərazisi olmuşdu. Halbuki, 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən, Brest ətrafı, eləcə də Polşanın ərazisinin 52%-i SSRİ-yə birləşdirildi. 1941-ci ilin yayında, almanlar qalanı yenidən, lakin bu dəfə SSRİ ilə mübarizədə tutmağa çalışdılar. Almanlar, Barbarossa əməliyyatının ilk saatları ərzində Mərkəz Ordular Qrupunun hücumu istiqamətində yerləşən Brest şəhərini və Brest qalasını tutmağı planlaşdırırdılar. Qala və şəhər Buq çayı, eləcə də Varşava–Moskva dəmiryolu xəttinin və magistralının üzərində yerləşirdi.
Diplomatların müdafiəsi Konvensiyası
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — Konvensiya 1977-ci il fevralın 20-də qüvvəyə minmişdir. Nisbətən son dövrlərdə beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı cinayət əməllərinin sayının artması bu konvensiyanın qəbul edilməsinə səbəb olmuşdur. == Haqqında == Burada araşdırılan problemlərin dairəsi diplomatik agentlərə və beynəlxalq müdafiədən istifadə edən digər şəxslərə qarşı yönəldilmiş cinayətlərlə məhdudlaşmış olsa da, komissiya bu cür şəxslərə qarşı yönəldilmiş cinayətlər haqqında məsələni daha qlobal problem olan terrorizm aktlarının həyata keçirilməsi aspektlərindən birinə aid etmişdir. == Müqavilənin müddəaları == Konvensiyanın 1-ci maddəsi beynəlxalq müdafiədən istifadə edən şəxslərə aşağıdakıları aid edir: dövlət başçısı, o cümlədən, dövlət başçısı funksiyasını yerinə yetirən kollegial orqanın hər bir üzvü, xarici dövlətdə olan hökumət başçısı və ya xarici işlər naziri, onları müşayiət edən ailə üzvləri, dövlətin istənilən nümayəndəsi və ya vəzifəli şəxsi, yaxud beynəlxalq təşkilatın istənilən vəzifəli şəxsi və ya digər agenti və onların ailə üzvləri. Həmin maddənin 2-ci bəndində ehtimal olunan cinayətkarın anlayışı verilir. Belə ki, ehtimal olunan cinayətkar ona münasibətdə maddədə göstərilən cinayətləri törətməsini və ya törətməsində iştirak etməsini “prima facie” isbat edən kifayət qədər dəlillər olan şəxsdir. Konvensiyaya əsasən diplomatik agent, akkreditiv və ya qəbul edən dövlət olmayan 3-cü dövlətdə ezamiyyətdə olduqda belə xüsusi müdafiə hüququna malikdir. Konvensiyanın 2-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Burada xüsusi beynəlxalq hüquqi müdafiə yaradan cinayətin tərkibi müəyyən olunur. Buna aşağıdakılar aiddir: beynəlxalq müdafiədən istifadə edən şəxsin qəsdən öldürülməsi, qaçırılması və ya onun şəxsiyyətinə və ya azadlığına yönəlmiş digər hücumların həyata keçirilməsi; beynəlxalq müdafiədən istifadə edən şəxsin şəxsiyyətinə və edən ümumtanınmış hüquqi prinsipin təsdiq edilməsi, azadlığına təhlükə yarada biləcək, onun rəsmi binasına, yaşayış binasına və ya nəqliyyat vasitələrinə zorakı hücumların həyata keçirilməsi; istənilən hücum cəhdi; istənilən belə hücumun iştirakçısı qismində əməllər, belə ki, hər bir iştirakçı dövlət tərəfindən onun daxili qanunvericiliyinə əsasən, bu cinayətin onun ərazisində və ya ərazisinin hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq, cinayət kimi qiymətləndirilməlidir.
Filidor müdafiəsi (şahmat)
Filidor müdafiəsi — Şahmat termini Debüt onu yaradan XVIII əsr fransız şahmat ustası Fransua-Andre Danikan Filidorun şərəfinə adlandırılmışdır.
Fransız müdafiəsi (şahmat)
Fransız müdafiəsi — Şahmatda 1. e2-e4 e7-e6 gedişləri ilə başlayan debüt. 1834-1836-cı illərdə London şahmatçıları ilə yazışma oyununda müvəffəqiyyətlə yarışan parisli şahmatçıların şərəfinə adlandırılmışdır.
Karo-Kann müdafiəsi
Karo-Kann müdafiəsi — Şahmat termini XIX əsrdə Vyana şahmatçısı M. Kann tərəfindən ixtira edilib. 1886-cı ildə almaniyalı usta Q. Karo bu müdafiənin bir neçə variantını təhlil etmişdir.
Nimtsoviç müdafiəsi (şahmat)
Nimtsoviç müdafiəsi — Şahmat termini Məşhur qrosmeyster Nimtsoviçin şərəfinə adlandırılmışdır.
Qrünfeld müdafiəsi (şahmat)
Qrünfeld müdafiəsi — şahmat termini, 1922-ci ildə Avstriya qrosmeysteri tərəfindən praktikaya tətbiq edilmişdir.
Raqozin müdafiəsi (şahmat)
Raqozin müdafiəsi — Şahmat termini XX əsrin 30-cu illərinin əvvəllərində turnir praktikasında tətbiq edən sovet qrossmeyestrinin şərəfinə adlandırılmışdır.
İstehlakçı hüquqlarının müdafiəsi
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir.16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. == İstinadlar == == Əlavə ədəbiyyat == Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing. Library of the European Parliament.
аффрика́ты бу́дничный индоевропе́ец негативи́зм алжи́рский воздыха́ние злосло́вье иглопробивно́й насласти́ть релятиви́ст хотя́ бардовать елёк присужий Bovril chef coagulation detumescence Mlle. rangy swan архитектор аэросев провожать экспозе